Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mədəniyyət Mərkəzində 31 Mart Soyqırımının 100 illiyi keçirildi

30.03.2018

Gəncə şəhər Mədəniyyət Mərkəzində 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir.

Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova giriş sözü söyləmiş, soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirmişlər.

Dəyirmi masada mədəniyyət işçiləri ilə bərabər ərazi sakinlərinin də iştirakı təmin olunmuşdur.