21.03.2022
20 mart 2022-ci il tarixində Gəncə şəhər Urban Mərkəzində Novruz bayramı ərəfəsində Gəncə Rəgional Mədəniyyət İdarəsinin, Gəncə İctimai İştirakçılıq Məclisinin, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə növbəti dəfə Gəncədə "GƏNCƏSƏNƏT" incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib.
Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, "Cavad xan" Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Gəncə Regional Turizm İnformasiya Mərkəzinin rəhbəri Zaur Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional İdarəsinin rəhbəri Anar Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının direktoru Ayazi Paşayev, Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi Elçin Elçiyev iştirak etmişlər.