19.03.2022
18.03.2022- ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzində "Yurdumuza Bahar gəlir" adlı bayram şənliyi təşkil olundu.
Bayram şənliyinin rəsmi qonaqları Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Mərkəzinin Baş Məsləhətçisi Süleyman Əliyev, Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov, Mədəniyyət Mərkəzinin filialları, və digər müəsisə rəhbərləri də iştirak ediblər.
İlk öncə Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev "Yallı" sədaları altında tonqalı yandıraraq rayon əhalisinə bayram təbriklərini söylədi.
Sonra Uşaq musiqi məktəbinin şagirdləri "Yallı" sədaları ilə rəqs etdilər. Meydançanın bayramsayağı bəzənilməsi, qədimi xalçaların üstünün tarixi diyarşünaslıq və əl işlərilə bəzənilməsi, milli mətbəximizə xas olan xörək və şirniyyatlardan ibarət nümunələr tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Tədbirdə milli musiqimizin janrı olan folklor mahnıları, "Aşıq el havaları", " Bayram axşamları", " Dağlarda duman gözəldir", " Ana Yurdum" və s mahnılar şənlik iştirakçıkarına təqdim olundu. Bahar qızının gəlişi hər kəsin üzündə sevinc hissi doğurdu. Novruzun atributlarından olan keçəl-kosanın duzlu-məzəli çıxışı isə tamaşaçılarda ruh yüksəkliyi yaradaraq alqışlarla qarşılandı.