19.03.2022
18.03.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində rayon mədəniyyət evinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayon idarə, müəssisə rəhbərləri və işçiləri, N saylı hərbi hissənin şəxsi heyəti və qəsəbə sakinləri iştirak edirdi. Bayram təd-birində Xocalı rayon mədəniyyət müəssisələrinin və Xocalı şəhər 4 nömrəli tam orta məktə-binin kollektivləri fəal iştirak etdilər.
İlk olaraq Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Novruz tonqalını yandırdı, sonra çıxış edərək qəsəbə sakinlərini Novruz bayramı münasibətilə təb-rik etdi, onlara uzun ömür, can sağlığı arzuladı, gələcək işlərində uğurlar dilədi.
Bayram şənliyində milli adət-ənənələrimizi əks etdirən milli kompozisiya, milli rəqslər və şən əhval-ruhiyyəli musiqilər nümayiş etdirildi. Novruz bayramının simvollarından olan Kosa və Keçəlin gülməli deyişmələri, məzəli hərəkətləri, gənc pəhləvanların güləşi, xoruz döyüşü, cavanların at üzərində göstərdiyi məharət və digər Novruz adət-ənənələrini təcəs-süm etdirən kompozisiyalar izləyənlər tərəfindən maraqla qarşılandı. Bayram tədbirində bi-şirilən milli xörəklərimiz, şirniyyatlarımız qəsəbə sakinlərinə və əsgərlərə paylandı.