Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanın ən balaca nağılları” kitabının təqdimatı keçirilib

19.03.2022

       Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycan şairi, nasiri Zahid Xəlilin anadan olmasının 80 illiyi ilə əlaqədar görkəmli yazarın “Dünyanın ən balaca nağılları” kitabının təqdimatını keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Esmira Məlikova apardı. Kitabxanaçı ilk öncə tədbir iştirakçılarına görkəmli yazarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra Azərbaycan şairi, nasiri Zahid Xəlilin “Dünyanın ən balaca nağılları” kitabını nümayiş etdirdi. Və kitabın mündəricatı ilə də tədbir iştirakçılarını tanış etdi. Qeyd etdi ki, Zahid Xəlilin təqdim olunan kitabında görkəmli yazarın “Okean səyahəti”, “Ağıllı fikirlə axmaq fikir”, “Pul şəhərinin əhvalatları”, “Sehrbazla tanışlıq”, “Aytən və Nazim”, “Yeyimcillər ölkəsinin adamları”,  “Ayaqqabıların söhbəti”, “Oynağan qız”, “Çiyələk Çayının dibindəki oğlan” və sair onlarla həcmcə ən kiçik nağılları toplanmışdır. Zahid Xəlilin nağılları həm romantik, həm də zəngindir. Hadisələr biri-birini çox maraqlı şəkildə əvəz edir. İnanırıq ki, bu balaca nağılların hər biri sizin ürəyinizdə bir işıq yandıracaq. Sonda kitabxanaçı tədbir iştirakçılarının suallarını cavablandırdı. Onlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

274.2 KB