Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Novruz şənliyi” adlı tədbir keçirilib

19.03.2022

Novruz bayramı Azərbaycanın ən qədim bayramlarından biridir. İllərdir böyük təntənə ilə qeyd olunan bu bayramı xalqımız öz adət-ənənələri ilə qarşılayır. Baharın gəlişi Mir Cəlal Paşayev Ev Muzeyində də qeyd olundu. 39 nömrəli körpələr evi, uşaq bağçasının fidanları ilə birgə muzeyin kollektivi "Novruz şənliyi" adlı tədbir təşkil etdi. Tədbirdə ilk öncə körpə fidanlar "Bahar bayramı" adlı mahnı oxudular və novruza aid şeirlər səsləndirdilər. Daha sonra "Nazeləmə" rəqsini ifa etdilər. Muzeyin Elmi işçisi Tağıyeva Ellada uşaqlara Novruz adət- ənənələrindən, yazın gəlişindən danışdı. Sonda körpə fidanlara muzey kollektivi adından hədiyyələr paylanıldı.

 

53.2 KB

 

125.8 KB