Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azad torpaqlarıma bahar gəlir” adlı tədbir keçirilib

19.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18.03.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəblə birlikdə  Novruz bayramı ilə əlaqədar  “Azad torpaqlarıma bahar gəlir” adlı tədbir keçirdi. 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri açıq elan etdi. Tədbirdə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin direkrotu Gülnara Hüseynova ” Xalqımızın ən əziz bayramı - Novruz”, təlim-tərbiyə işləri üzrə direktor müavini Razim Hacıyev  “Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir”, tarix müəlliməsi  Vəfa Haciyeva “Novruz bayramının tarixi və çərşənbələr”, Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva “Bahar ətirli bayramınız mübarək”, məktəbin psixoloqu Qətibə Mustafayeva “Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruz”, Məktəbin kitabxanaçılarından Ruziyə Abbasova “Türk dünyasının bayramı”, Jalə İsmayıloca “Sevgi dolu, nur dolu Novruz bayramı” adlı çıxışlar etdilər. Tədbirin bədii hissəsində  məktəblilərin hazırladıqları səhnəciklər və kompozisiyalar, rəqs nömrələri nümayiş edildi. VIIIa şagirdi Şəhla Baxşəliyevanın təşkil etdiyi “Xarıbülbül “ rəqsi böyük maraqla qarşılandı.

 

 

58.5 KB

 

118.4 KB

 

115.4 KB