Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayon Mərkəzi KItabxana Sistemində “Qan yaddaşı” adlı tədbir

30.03.2018

Samux rayon Mərkəzi KItabxana Sistemində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Qan yaddaşı” adlı dəyirmi masa təşkil olundu.

Tədbiri giriş sözü ilə MKS-nin Xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə Zirəddin qızı açaraq, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilməsini tədbir iştirakçılarından xahiş etdi.

Sonra “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” adlı məruzə ətrafında müzakirələr aparıldı.

31 Mart hadisələrinə həsr olunmuş video çarx nümayiş olundu.