Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qılınc və qələm” romanının müzakirəsini keçirilib

19.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 18.03.2022 - ci il tarixdə  yazıçı,şair,dramaturq Məmməd Səid Ordubadinin anadan olmasının 150 illiyi ilə əlaqədar "Qılınc və qələm" romanının müzakirəsini keçirdi.Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Natella Hacıyeva əvvəlcə M.S.Ordubadinin həyat və yaradıcılığı haqqında məlumat verdi,sonra "Qılınc və qələm" romanının müzakirəsi haqqında iştirakçılara söz verdi.Fəal oxucu Ləman Əhmədova "Qılınc və qələm romanının məzmunu", Esmira Alıyeva "Qılınc və qələm romanının ideyası" ,GDU - nin tələbəsi Gülçin Bağırova romanda "Nizami obrazı" mövzusunda çıxış etdilər.Qeyd olundu ki,romanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin həyat və fəaliyyəti xalq həyatı və məişəti ilə sıx əlaqəda təsvir edilmişdir.Böyük kitabxanaçı Könül Mirxudayeva çıxışında qeyd edib ki,romanda iki qəhrəmana - Nizami (qələm),Fəxrəddin (qılınc) daha çox yer verilib.Tədbirdə romanın müzakirəsi ilə bağlı gənclərin fikirləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdı.Tədbirin sonunda qeyd olundu ki,bu romanı oxuyan istənilən gənc Vətənə olan sevginin müqəddəsliyini anlayacaq,vətəni,xalqı naminə çalışacaq və cəmiyyətə yararlı bir vətəndaş olacaqdır.

 

66.9 KB