Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibəti ilə tədbir keçirilib

19.03.2022

  Yaz ətirli Novruz Bayramı ilə əlaqədar Goranboy rayonu Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbində təntənəli tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhsəti Əliyeva açaraq, tədbir iştirakçılarını salamladı və onları qarşıdan gələn bayram münasibətilə təbrik etdi.
  Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli mənəvi dəyərləri ifadə edən səhnəciklər göstərdilər.Xalq çalğı alətləri şöbəsinin şagirdləri -qarmonda Qocayev Qoşqar, nağarada Məmişov Yalçın,Abbasov Nuran,Qasımov Asif öz nömrələri ilə çıxış etdilər.Sazda -Qasımov İbrahim,Məmmədov Elman öz çıxışları ilə tədbirə rəngarənglik qatdılar.
  Tədbirdə Mədəniyyət evinin bütün işçi heyəti ,Veteran İctimai Birliyinin üzvləri   qonaq qismində iştirak edirdi.
  Konsert proqramı tonqal ətrafında Musiqi Məktəbinin müəllimi Elşən İmanovun və xanəndə bölməsinin şagirdi Babayev Yaqubun ifası ilə başa çatdı.

 

157.8 KB

 

151.3 KB

 

190.2 KB