Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz gəlir, yaz gəlir” başlığı altında şeir gecəsi keçirilib

18.03.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi KitabxananınUşaq şöbəsində 18.03.22-ci il tarixində Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən ən qədim ümumxalq bayramı olan Novruz Bayramı münasibətilə “Novruz gəlir, yaz gəlir” başlığı altında şeir gecəsi keçirildi.

Bayram tədbiri “Azərbaycana Novruz gəlir” adlı video-çarxla başladı.

Tədbiri giriş sözü ilə şöbənin kitabxanaçısı Nərmin Qasımova açaraq tədbir iştirakçılarını salamladı və iştirakçıları qarşıdan gələn bayram münasibətilə təbrik etdi. Bildirdi ki, insanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və  şadlıq bayramı olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Şeir gecəsində çıxış edən şöbənin müdiri Ellada Rəhimova qeyd etdi ki, ulu əcdadlarımızdan bizə yadigar qalan Novruz həmdə xeyirxahlıq, dostluq və birlik rəmzidir.

Tədbirin bədii hissəsi şagirdlərin söylədikləri Novruzun ilk gəlişi olan dörd çərşənbə haqqında şeirlərlə başladı. Maraqlı və əyləncəli keçən bayram tədbirində məktəblilər bayram adət-ənənələrinə uyğun səhnəciklər göstərdilər.  Novruz  Bayramına həsr olunmuş şeirlər, mahnılar və rəqslərl ifa etdilər. Iştirakçılar bayram tədbirindən gözəl əhval-ruhiyyə ilə ayrıldılar. Tədbirdə İsrafil Məmmədov adına 27 saylı-məktəb liseyin bir qrup III sinif şagirdləri iştirak etdi.

 

144.5 KB

 

144 KB

 

119.5 KB