Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən sevgisindən doğan qəhrəman” adlı anım günü keçirilib

18.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialında 18.03.2022 -ci il tarixində II Qarabağ müharibəsi şəhidi Nəcəfov Elmir Vidadi oğlunun anadan olmasının 20- ci ildönümü ilə əlaqədar "Vətən sevgisindən doğan qəhrəman" adlı anım günü keçirildi. Tədbiri filialın kitabxanaçısı Asya Qurbanova açdı. Əvvəlcə vətənimizin bütovlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad olundu.
Kitabxanaçı qeyd etdi ki, Nəcəfov Elmir Vidadi oğlu 21 mart 2002- ci ildə Gəncə şəhərində doğulmuşdur. 2017- ci ildə 28 nömrəli tam orta məktəbin 9- cu sinfini bitirmiş, təhsilini 1 saylı Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində davam etdirmişdir. 
27 sentyabr 2020- ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks- hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Elmir Nəcəfov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Əsgərliyə getmədən öncə yaxınlarına "ürəyimə damıb ki, şəhid olacağam" deyən Elmir anasına da "şəhid olsam, ağlama, başını dik tut " deyib son görüşündə. Qardaşının sözlərinə görə, Elmir hər zaman Mübariz İbrahimov haqqında videolara baxıb deyirmiş ki, "gör necə oğullar gedib bu dünyadan". Elmir hələ uşaq ikən "Canımı bu Vətənə verərəm" söyləyib.
2 oktyabr 2020- ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
3 oktyabr 2020- ci ildə Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Nəcəfov Elmir Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020- ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020- ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.Tədbirdə iştirak edən oxucumuz Rena Behbutova, Arzu Əliyeva və gənc oxucu İbrahim Həsənov şəhidimiz haqqında çıxış etdilər.

 

122 KB

 

111 KB

 

131.6 KB