Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər müjdəli Dədə Şəmşir saz-söz bayramı keçirilib

18.03.2022

XX əsr Azərbayca aşıq sənətinin görkəmli saz-söz ustadı Dədə Şəmşirin ozan aşıq mədəniyyətinin inkişafındakı əvəzsiz rolu çağdaş aşıqlığın irəlləməsində yenə də müstəsna tarixi rola malikdir. Yeni nəsil gənc və yeniyetmə ifaçılarının formalaşmasında onun qoyub getdiyi sənət mirası güclü enerji mənbəyidir. Bu səbəbdən yeniyetmə aşıqların sənət uğurlarını və axtarışlarını ortaya çıxarmaq məqsədi ilə indiyə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı dəfələrlə aşıq müsabiqəsi keçirmiş, istedadlı saz-söz ifaçılarının sənət aləminə gəlməsinə mənəvi dəstək göstərmişlər.
Bu il keçirilən Aşıq Şəmşir adına v saz-söz müsabiqəsi həmin uğurun davamıdır.
Gəncə şəhərində 17 mart 2022-ci ildə Kəlbəcər rayon Mədəniyyət idarəsinin sarayında keçirilən bu müsabiqə artıq Dədə Şəmşir Yurdunun- Kəlbəcər torpağının azadlığa qovuşması amalında Zəfər ovqatı ilə keçirilir.
Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan yeniyetmə saz-söz ifaçıları, vətənpərvərlik, qəhramanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən mahnılarla böyük saz-söz ustadlarının, o cümlədən də Dədə Şəmşirin müqəddəs ruhu qarşısında öz sənət hesabatlarını verdilər.
Müsabiqənin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctami Birliyi tərəfindən diplom və mükafatlar verildi.
Yekunda Zəfər müşdəli Dədə Şəmşir saz-söz bayramıda keçirilmişdir.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və ustad aşıqlar saz-söz bayramına diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

 

82.3 KB

 

64.2 KB

 

63.6 KB