Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Elimizə Bahar gəlir ” başlığı altında tədbir keçirilib

17.03.2022

17.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon M.K.S-nin Çobanabdallı kənd kitabxana filialı Diyarşünaslıq evinin kollektivi, Bələdiyyənin işçiləri, İcra nümayəndəsinin işçiləri, məktəb müəllimləri və şagirdləri ilə "Elimizə Bahar gəlir " başlığı altında tədbir keçirildi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Fatma Əsgərova açdı.Tədbir iştirakçılarını salamladı, Novruz bayramı münasibətilə təbrik etdi.Yurdumuza gələn Bahar bayramı həmişə xalqımıza uğur,xeyir - bərəkət gətirsin.Xalqımızın üzü daima gülər olsun.Azərbaycanımızda daim sülh olsun .Sonra sintizatorda Elvin Quliyev tədbirdə iştirak edən şagirdlər Səbinə Əliyeva və Zeynəb Məmədovanı müşayiət etdi onların ifasında gözəl nəğmələr səsləndi.Sonra Elvin Quliyev Bahar mahnısını ifa etdi. Arzu Nəbiyev Novruz mahnısını ifa etdi. Balaca şagirdlər Fidan Quliyeva və Arzu İbrahimova, "Azərbaycan təranələri " rəqsini nümayiş etdirdilər. Tədbirin sonunda tonqalın ətrafında məktəb şagirdləri "Yallı " rəqsini oynadılar.

 

225.1 KB

 

225.1 KB