Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gəl Novruzum, Gül Novruzum”başlıqlı ədəbi bədii gecə keçirilib

17.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialı və Gəncə şəhər İnteqrasiya təlimli  İnternat tipli Gimnaziya  məktəbinin kollektivi  ilə birgə 17.03.2022-ci il tarixdə Novruz bayramı münasibətilə "Gəl Novruzum, Gül Novruzum"başlıqlı ədəbi bədii gecə keçirdi.Tədbiri giriş sözü ilə kitabxanaçı Günel Kərimova açaraq, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi.O, bildirdi ki, Novruz səmimiyyət, xoş arzular bayramıdır.Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir.Sonra tədbirə musiqi sədaları altında əllərində bəzəkli xonça,səməni tutmuş qızlar "Yurdumuza bahar gəlir, yaz gəlir" deyərək səhnəyə daxil oldular.Novruzun atributları olan Bahar qızı, Dədə Qorqud,  Kosa və Keçəl öz maraqlı çıxışları ilə tədbirə rəng qatdılar.Gecədə şagirdlərin ifasında müxtəlif rəqslər nümayiş olundu.

 

66.7 KB

 

65.5 KB

 

67.7 KB