Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Elimizə Bahar Gəlir” adlı bayram şənliyi təşkil edilib

17.03.2022

17.03.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxanası " Elimizə Bahar Gəlir" adlı bayram şənliyi təşkil edildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova , Vətən müharibəsinin Şəhidi Şəhid Qəzənfər Abdullayevin ailəsi -övladı, MİHİ  Samux rayon Komitəsinin sədri Hüseynova Maviyə, Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Nadirova Ülviyyə,  Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi, Samux rayon 6saylı körpələr evi -uşaq bağçasını ,Samux rayon 1 saylı məktəb liseyinin 4a və 4b sinif şagirdləri iştirak etdilər. Tədbirin açılışında Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Novruzun əsas atributlarından olan keçəl və kosanın sərgüzəştləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Tədbirdə Baharın gəlişinə aid şeirlər, mahnılar, və məktəblilərin hazırladığı duzlu-məzəli çıxışlar və şən rəqslər tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəximizin nümunələri və şirniyyatlar, adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib. Novruza aid haxıştalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Sonra bayram tonqalı yandırıldı.Tədbir tonqal ətrafında milli rəqslərimizin ifası ilə sonlandırıldı.

 

105.5 KB

 

99 KB

 

99.9 KB