Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Elimizə bahar gəlir ” başlıqlı ədəbi-bədii gecə keçirilib

17.03.2022

17.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 18 saylı Körpələr evi uşaq bağçası ilə birgə yazın gəlişi münasibətilə "Elimizə bahar gəlir " başlıqlı ədəbi-bədii gecə keçirdi.Gecəni filialın  kitabxanaçısı Səriyyə Abbasova açaraq yazın gəlişi Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və milli qədim adət ənənələrimiz haqqında qısa məlumat verdi.Sonra söz bağçanın müdiri Mehriban Allahverdiyevaya verildi.Mehriban müəllim uşaqlara aydın səma, ruzi-bərəkətli süfrə, atalı-analı xoşbəxt günlər arzuladı.Körpələr bahara, yaza aid şeirlər,mahnılar oxudular və səhnəciklər göstərdilər,rəqslər  ifa etdilər.Tədbirə novruzun atributları olan bahar qızın, kosa, keçəlin gəlişi körpə fidanlar üçün daha böyük maraqa səbəb oldu. Uşaqlar yumurta döyüşdürdülər, hakışda dedilər. 
Tədbiri bağçada keçirməkdə məqsəd körpələrə milli adət ənənələrimizi sevdirmək və öyrətmək  idi. Tədbirdə Novruz bayramına aid sərgi təşkil edilmişdi.

 

108.6 KB

 

111.1 KB

 

182.8 KB