Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayon Mədəniyyət Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırım günü keçirild

30.03.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Samux rayon Mədəniyyət Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırım gününə həsr olunmuş dəyirmi masa keçirildi.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açıq elan etdi. Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Samux rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, “Yeni Samux” qəzetinin redaktoru, Samux rayonu üzrə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin iştirakı ilə keçirilən tədbir diskusiya şəklində təşkil olundu.