Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bənövşə ətirli baharım gəlir” başlığı altında ədəbi-bədii gecə keçirilib

17.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı    17.03.2022-ci il tarixində 4 saylı məktəblə birlikdə  milli-mənəvi dəyərimiz olan Novruz bayramı günü ilə əlaqədar  “Bənövşə ətirli baharım gəlir” başlığı altında ədəbi-bədii gecə   keçirdi. Tədbiri 4 saylı məktəbin müəllimələri Eminbəyli Səadət və Babayeva Mehriban açaraq, xalqımızın qədim bayramlarından sayılan Novruz bayramının   adət və ənənələrindən danışaraq  qeyd etdi ki, bu bayramın sevinci daha fərqlidi, çünki uzun illərin həsrətinə,acısına son qoyaraq bütöv xalq olaraq  zəfər çalmış bir ölkə kimi  qeyd edirik.

Artıq iki ilə yaxın bir vaxtdır ki, bayram tonqallarımız işğaldan azad olunmuş torpaqlarımızda alovlanır.Bu qələbə əzimli bayram sevincini bizə qanı, canı bahasına yaşadan şəhidlərimizə qazilərimizə borcluyuq.Tədbir 1saylı  kitabxananın və 4 saylı məktəbin hazırladığı  ssenari əsasında davam etdi. 1saylı kitabxana filialının müdiri Məlikova Züleyxa öz çıxışında bildirdi ki, bu bayram həm adi insan  bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu  bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir ki, hər bir vətəndaş,   hər bir azərbaycanlı ,  Azərbaycan torpağında yaşayan hər bir insan  bu bayramı  öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.

Kosa və keçəlin tədbirə qatılması uşaqların sevincinə səbəb oldu. Onlar bayram əhval -ruhiyyəli şerlər söylədilər, mahnılar oxudular,  rəqslər etdilər.Tədbirdə bahar qızının gətirdiyi  bayram hədiyyələri uşaqlara paylandı.İştirakçılar tədbirdən  xoş təəssüratla ayrıldılar.

 

 

92.4 KB

 

121 KB

 

87.3 KB