Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.

17.03.2022

16 mart 2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi məktəbində Samux rayon Mədəniyyət Mərkəzi ilə birgə  xalqımızın qədim bayramı olan Novruz bayramına həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə iştirak edən  Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətov və məktəbin direktoru Ülviyyə Nadirova hamını Novruz bayramı münasibəti ilə təbrik etdi.  Tədbirdə qonaq qismində Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf  Məmmədov və idarənin əməkdaşları iştirak edirdilər.

         Novruz Bayramı münasibəti ilə keçirilən tədbirdə məktəbin Xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xanəndəlik sinfinin şagirdləri Əsma Nəsibova, İsmayıl Abbasov, müəllimlər Fərəh Zeynalova, Rövşən Babayev, Qaya Nəsibzadənin  ifasında  bir – birindən gözəl nəğmələr səsləndirildi. Klarnet və violin ixtisası üzrə şagirdlər Əsədov Mahir, Bayramova Məhəbbət xalq rəqs və mahnılarını ifa etdilər. Nağaraçalanlar (müəllim Sadiq Nəbiyev) və Sazçalanlar ansamblı (müəllim İmanova Xavər) tədbirə xüsusi rəng qatdılar. Novruz tonqalını  yandıran Kosa və Keçəl  al- əlvan bayram yumurtalarını qonaqlarla döyüşdurdülər. Tonqal ətrafında hamılıqla Yallı gedən tədbir iştirakçıları bir – birinə xoş arzularını bildirdilər.  

 

226.5 KB

 

304.9 KB

 

42.6 KB