Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qılınc və qələm” kitabının müzakirəsi keçirilib

17.03.2022

17.03.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialında əməkdar incəsənət xadimi, yazıçı Məmməd Səid Ordubadinin anadan olasının 150 illiyi münasibətilə  “Qılınc və qələm” kitabının müzakirəsi keçirildi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və sonra isə kitabın müzakirəsi aparıldı. 
 "Qılınc və qələm" romanında  macəra səpgili hadisələr də az deyil. Bunu sonralar Ordubadiyə irad tutan tənqidçilər də olmuşdur. Qeyd edək ki, bu, Ordubadinin özünəməxsus bədii fəndi idi. Dünya ədəbiyyatında da bu səpgili tarixi romanlar az deyil. Oxucunu bir anlıq real hadisələr axarından ayırıb sevgi-məhəbbət macəralarına, sentimental səhnələrə çəkib aparmaq məsələ bunda idi.
" Qılınc və qələm " romanı haqqında  deyə bilərik ki, bu roman Azərbaycanın dahi şairi Nizamiyə ədəbiyyatda qoyulan ən böyük abidədir və hələlik, bizim fikrimizcə, bunun alternativi yoxdur.
   Müasir Azərbaycan yazıçısı üçün Ordubadi kimdir? İlk növbədə, böyük romançı, bu janrın təməlini qoyanlardan biri  tarix və müasirlik problemini böyük sənətkarlıqla əks etdirən, əsərlərində parlaq, dolğun və mükəmməl xarakterlər yaradan sənətkar. Azərbaycan ədəbi dilinin gözəlliklərini, incəliyi, duruluğunu, saflığını əsərlərində əyani şəkildə nümayiş etdirən yazıçı. Ordubadi bu mənada, bir məktəbdir və biz illər keçdikcə, bu məktəbdən öyrənməliyik.
 Tədbirdə  Azərbaycan Texnologiya Universitetinin  tələbələri iştirak etdi.

 

75.8 KB

 

76.9 KB

 

68.4 KB