Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramına həsr olunmuş ümumrayon tədbirində rəsm sərgisi təşkil edilmişdir.

17.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası Goranboy rayonunda Novruz bayramına həsr olunmuş ümumrayon tədbirində rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi nümayiş etdirmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdir ki Novruz - Azərbaycan xalqının milli-mənəvi    varlığını əks etdirən qədim el bayramıdı.
Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilməmişdir. İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. İşğaldan azad edilmiş cənnət diyarımız olan Qabrabağın abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartlar tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə nəyinki regionun,həmdə dünyanın ən güclü qüdrətli dövlətinə çevrilir.

 

129.7 KB

 

130.2 KB

 

130.5 KB