Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gəl, gözəl bahar coşsun arzular” başlıqlı səhərcik keçirilib

16.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin 13 saylı kitabxana filialı 16.03.2022-ci il tarixdə Milli Bayramımız Novruz Bayramı ilə əlaqədar "Gəl, gözəl bahar coşsun arzular" başlıqlı səhərcik keçirdi. Tədbir 22 saylı Körpələr evi ilə birlikdə təşkil olundu.Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Günel Əliyeva açaraq, Milli bayramımız  Novruz bayramı münasibətilə körpə fidanları təbrik etdi. Bildirdi ki, əziz balalar bu bayram bizim çox qədim bayramımızdır. Hər il bu bayramda milli adət-ənələrimizi yenidən təkrar edərək sizin kimi körpələrimizə ötürərək, öyrədirik. Bu bayram təbiətin canlanması, yaz fəslinin torpağımıza qədəm qoymasının başlamasından ibarətdir. Körpələr evinin müdriyyəti, tərbiyəçiləri uşaqları, valdeynləri bayram münasibətilə təbrik etdilər.Hər kəs öz növbəsində ölkəmizə xoşbəxt və firəvan həyat, bütün əziz günlərini həmişə ən xoş əhval-ruhiyyə ilə bayram etmələrini arzu etdilər.Tədbirin davamında körpələrin ifasında Novruz bayramına aid şeirlər, səhnələr, rəqslər nümayiş olundu.Keçəllə kosanın deyişməsi tədbirə xüsusi rəngarənglik qatdı.

 

113.9 KB

 

151.9 KB

 

115.9 KB