Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yeni alınmış kitablar” başlıgı altında sərgi təşkil edilib

16.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı Fonda daxil olmuş yeni ədəbiyyatın təbligi ilə bağlı ”Yeni alınmış kitablar" başlıgı altında sərgi təşkil etdi. Sərgini kitabxanaçı Xatirə Verdiyeva açaraq ilk öncə iştirakçıları sərgidəki kitablarla tanış etdi və kitablar haqqında geniş məlumat verdi. Sərgidə dedektiv romanlar, müəllifi Çingiz Abdullayevin,Elxan Elatlinin və Elbrus Kəlbiyevin kitabları nümayiş olunurdu. Sərgini təşkil etməkdə məqsəd oxucuların bədii ədəbiyyata olan marağını artırmaq,onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsini inkişaf etdirmək,bədii ədəbiyyat zövqlərinin formalaşdirilmasını inkişaf etdirməkdir. Sərgidə Çingiz Abdullayevin "Rəzalətin son həddi" ,"Böyük oyun”, "Folun bir addımlıgında", "Alqış sədaları altında ölüm","Bumeranq zərbəsi",Elxan Elatlının "On dördüncü addım", "Xəstə ruhlar" və başqa kitablarla tanış etdi .
     Tədbirdə 4 N li Musiqi məktəbinin müəllimləri iştirak edirdi.

 

47.6 KB