Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Ruhumuzu oyadan bayram” adlı əyləncəli bayram tədbiri keçirilib

16.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 16.03.2022 ci il tarixdə 1saylı tam orta məktəbində Bahar bayramının gəlməsi münasibətilə  "Ruhumuzu oyadan bayram" adlı əyləncəli bayram tədbiri keçirdi".Tədbiri Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açaraq, xalqımızın qədim bayramlarından sayılan Novruz bayramı  adət və ənənələrindən danışaraq  qeyd etdiki, bu bayramı sevinci daha fərqlidi, çünki uzun illərin həsrətinə acısına son qoyaraq bütöv xalq olaraq qeyd qələbə əzmi zəfər çalmış bir ölkə olaraq qeyd edirik.Artıq iki ilə yaxın bir vaxtdır ki bayram tonqallarımız işğaldan azad olunmuş torpaqlarımızda alovlanır.Bu qələbə əzimli bayram sevincini bizə qanı, canı bahasına yaşadan şəhidlərimizə qazilərimizə borcluyuq. Bunun üçün də tədbir iştirakçılarının hər birini  ilk öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün ayağa  qalxmasını xahiş etdi .Tədbir Uşaq kitabxanasının hazırladığl ssenari əsasında davam etdi.Bahar qızın tədbirə qatılması uşaqları sevincinə səbəb oldu Onlar bayram əhval -ruhiyyəli şerlər söylədilər,mahnı oxudular rəqs etdilər.Tədbirdə Şəhid və qazi ailələri də iştirak edirdi.Tədbirdə bahar qızının gətirdiyi  bayram hədiyyələri uşaqlara paylandı

 

202.6 KB

 

187.8 KB