16.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 16.03.2022-ci il tarixdə 1saylı tam orta məktəbin şagirdləri ilə birgə "Azad torpaqlarımıza Novruz gəlir" başlığı altında tədbir keçirdi.Tədbiri kitabxananın müdiri Məmmədova Zeynəb açıq elan edərək hamını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.O milli bayramımızın qədim tarixindən, onun özünəməxsus adət və ənənələrindən,indiki dövrümüzə qədər onun qorunub saxlanmasından söhbət açdı.O qeyd etdi ki, neçə əsrlər keçsə də xalqımız hər il bu bayramı,torpağın oyanışını böyük həvəslə qeyd edirlər.Tədbirdə kitabxananın fondunda olan maraqlı kitablar, dövri mətbuat materialları ilə şagirdlər tanış oldular.