Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ruhumuzun ünvanı Şuşa” başlığı altında onlayn tədbir ədəbi-bədii gecə keçirilib

16.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 2022-ci ilin Azərbaycanda Respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərancamı ilə “Şuşa ili” elan olunması ilə əlaqədar “Ruhumuzun ünvanı Şuşa” başlığı altında onlayn tədbir ədəbi-bədii gecə keçirtdi. Tədbiri 15 saylı filalın müdir əvəzi Şəhla İlyasova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, doğma yurdumuz Azərbaycanın hər qarışı bizə əzizdi. Qarabağı qızıl bir üzüyə bənzətsək onun qaşı Şuşa qalasıdır. Xalq olaraq işğaldan keçən bun illər ərzində içimizdə bir həsrət, bir nisgil vardı. Qarabağ həsrəti, Şuşa həsrəti. Müzəffər Ali Baş Komandanın qətiyyətli addımları, Müzəffər Azərbaycan Ordusunun misilsiz şücaəti, Müzəffər Xalqımızın birliyi sayəsində şükürlər olsun ki, o günlər arxada qaldı. 2022-ci ilin Respublikamızda “Şuşa ili” elan olunması hər bir Azərbaycanlının ürəyindən xəbər verir. Tədbir Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı. Tədbirdə AMEA-nın Gəncə bölməsinin Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova, Gəncə şəhər Təhsil İdarəsi Metodiki Mərkəzin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə metodisti Qənirə Əsgərova, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin ingilis dili müəllimi Səadət Əliyeva, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri Züleyxa Məlikova çıxış edərək “Ananın səsi” əsərindən bir parça ifa etdi. Tədbirdə Kəlbəcər rayon şəhid Anar Əliyev adına 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Elgün Əlbəndov “Şuşanın dağları”, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Şəhriyar Əliyev “Azərbaycan”, Raul Novruzlu “Qarabağ”, Əli Əliyev “Vətən yaxşıdır” kimi məşhur, çox sevilən əsərləri ifa etdilər. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Elmira Mehdiyeva “Şuşa”, Onur Qurbanov “Qarabağ Azərbaycandır”, İsrafil Verdiyev “Qarabağ Bizimdir”, İsmayıl Əliyev “Azərbaycan”, Solmaz Qurbanzadə “Şuşa mövsümü”, Zeynəb Əliyeva “Azad Şuşa”, Yusif Rzazadə “Cocuq Mərcanlı” şeirlərini əzbər söylədilər. Tədbir QARABAĞ AZƏRBAYCANDIR nidası ilə yekunlaşdırıldı.

 

134.2 KB

 

134.2 KB