Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Yer çərşənbəsi», «İlaxır çərşənbə» də adlandırılan Torpaq çərşənbəsini qeyd edilib

16.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbi 15 mart 2022-ci il tarixində Novruz çərşənbələrinin sonuncusu ,xalq arasında  «Yer çərşənbəsi», «İlaxır çərşənbə» də adlandırılan Torpaq çərşənbəsini qeyd etdi .

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya ,məktəbin müəllim, şagird kollektivi və dəvət olunmuş dəyərli qonaqlar iştirak etdilər .

Tədbir açıq elan olunmamışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi , daha sonra tədbiri açıq elan edən Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya çıxışında bildirdi ki ,hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir , xoş bayramlar keçirməyinizi diləyirəm .XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq.

İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır.Torpaq çərşənbəsi mərasim, oyun və şənliklərlə də zəngindir. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir.
   Min illərdi ki, xalqımız baharın, yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır və yaşayacaqdır deyərək çıxışında bildirdi .

Tədbir zamanı məktəbin şagirdlərindən ibarət xor kollektivi , məktəbin xalq çalğı alətləri şöbəsindən qarmon ansamblı , məktəbdə fortepiano ixtisası üzrə təhsil alan birinci sınıf şagirdlərindən ibarət  “Ağ çiçəyim” rəqsi , xalq çalğı alətləri şöbəsinin şagirdlərinin çıxışı ilə nağara ritm qrupu və məktəbin şagirdlərindən ibarət fləşmob səsləndirildi .

 

 

300.2 KB

 

52.2 KB

 

69.7 KB