Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz Milli Bayramımızdı”adlı tədbir keçirilib

16.03.2022

       15.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Tapqaraqoyunlu və Tapkənd filial kitabxanasının və Tapqaraqoyunlu kənd orta məktəbin müəllim və şagird kollektivinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz Milli Bayramımızdı”adlı tədbir keçirildi.Tədbir iştirakçıları ilk öncə şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.Böyük kitabxanaçı Leyla Mikayılova çıxış edərək dedi Novruz bayramının mənşəyi qədimdir.Novruz bayramı müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən bu bayram münasibətilə xalq arasında yayılan adət ənənələrdən bəhs edir.Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsil dünyəvi bayramdır.Kitabxana və Mədəniyyət  işçiləri tədbirdə novruz xonçalarının hazırlanmasını əks etdirən səhnəciklə çıxış etdilər.Tədbir məktəblilərin ifasında milli rəkslə davam etdi.Novruz bayramınız mübarək olsun.

 

136.7 KB

 

162.3 KB

 

188.7 KB