16.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Düzqışlaq kənd Uşaq Musiqi Məktəbinin kollektivi "İlaxır çərşənbə " ilə əlaqə dar bayram şənliyi keçirilmişdir.Tədbirdə məktəbin Müəllimləri və şagirdləri iştirak etmişdir. Bahar qızı tədbiri açıq elan etdikdən sonra məktəbin xalq çalğı alətləri ansanbılının ifasında müsiqi nömrələri səsləndirilmiş və məktəbin muğam sinifinin müəllimləri Hümbətov Anar, Allahverdiyev Nicatın və şagirdləri, İsmayılov İsmayıl, Məmmədov Rafiq, Məmmədli Şahin, Quliyev Əli, Əliyev Faxrəddin, Allahverdiyev Əkbər və Muradova Şərqiyənin ifasında "Gül açdı", "Elə dəndəm", "Azərbaycan oğluyam","Şuşanın dağları", "Qarabağ şikəstəsi " vətənpərvərlik və xalq mahnıları ifa olundu. Məktəbimizin "Bahar qönçələri" rəqs qrupunun ifasında "Nəlbəki", "Uzundərə","Yallı" rəqsləri ilə bayram şənliyinə rəng qatdılar. Məktəbin şagirdləri Fətəliyev Ülvünün və Qasımov Ramizin kosa, və keçəlin rolunda şənliyə gəlişi bayram şənliyini təravətləndirdilər. Bayram şənliyinin sonunda məktəbimizin direktoru Kazım İsmayılovun bayram tonqalını alovlandırmasıilə yekunlaşdı.