Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramına həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir.

15.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin  tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyasında Azərbaycanın qədim bayramlarından olan Novruz bayramına həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdir ki, Novruz bayramı milli mənəvi dəyərlərimizdəndir.
Novruz bayramında milli ruhumuzun,qədimliyimizin çalarları yaşayır.Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od,su,hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb,sistemli təsəvvürlər halına gəlib.Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə,dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb.Millət o zaman var olur ki,qədim ruhunun soraqlarını,adət-ənənəsini,bir sözlə,özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır.Novruzda qədimliyimizin bütün çalarları var.
Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.Milli dəyərlərimizə,soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan,hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.

 

94.7 KB

 

90.8 KB

 

94.2 KB