Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan ədəbiyyatında Əhməd  Cavad yaradıcılığı” başlıqlı  onlayn konfrans keçirilib

15.03.2022

14.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Azərbaycan şairi, tərcüməçisi, AYB-nin  üzvü, professor Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə "Azərbaycan ədəbiyyatında Əhməd  Cavad yaradıcılığı" başlıqlı  onlayn konfrans keçirdi. Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq Əhməd Cavadın həyatı  haqqında məlumat verdi.
Tədbirdə AMEA-nın   Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi, dosent Safurə Quliyeva, AMEA-nın  Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi  Leyla  Kərimova, AYB-nin üzvü, Gəncə  bölməsinin baş məsləhətçisi, şairə dramaturq  Aləmzər Əlizadə çıxış etdilər. Konfransda çıxış edənlər ədəbiyyatımızda şair, müəllim, vətəndaş,  ictimai-xadim, publisist, jurnalist, tərcüməçi kimi tanınan Əhməd Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın  dövlət himni, "Çırpınırdın Qara dəniz", "Göy-göl" və digər şeirlərinin dillər əzbəri olduğunu söylədilər.  Onu da qeyd etdilər ki "Cümhuriyyət" deyəndə  ilk öncə Əhməd  Cavad yada düşür. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat yolu çox keşmə-keşli olub.   Milli oyanış,  xalq hərəkatı, türk xalqlarının birliyinə çağrış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna  hopmuşdur. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı  elə bir motiv yox  idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Bundan sonra neçə-neçə gənc nəsillər onun yaradıcılığından bəhrələnərək vətənpərvər ruhda böyüyəcəklər.
Tədbirdə Gəncə 2 sayli Uşaq Gənclər İdman şahmat məktəbinin dama üzrə məşqiçi müəllimləri, kitabxananın oxucuları və əməkdaşları iştirak etdilər.

 

91.1 KB