Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənətin ucalığı sazım mənim” başlığı altında mövzu saatı keçirilib

15.03.2022

14.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6 saylı Gənclər Kitabxana filialında  Aşıq  şair Bilal Mikayılovun  anadan olmasının 150 illiyi ilə əlaqədar  "Sənətin ucalığı sazım mənim" başlığı altında mövzu saatı keçirildi.
Tədbirdə Aşıq yaradıcılıq birliyinin rəhbəri  Aşıq İlqar , Gəncə uşaq yaradıcılıq mərkəzinin muəllim və şagirdləri   və fəal oxucular  iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Məryam Məmmədova Bilal yaradıcılığına yığılan tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Aşıq Mirzə Bilal Mikayılov 1872 ci il mart ayının 12 də Şirvan  qəzasının Ağsu rayonunun  Qəşəd kəndində anadan olmuşdur.XIX əsrin sonu  XX əsrin 30 cu illərində Şirvan aşıq sənətinin təbliğində, inkişafında, yüzlərlə sənətkarın yetişməsində əvəzsiz xidmətləri olmuş, aşıq poeziyasının bütün janrlarında gözəl şeir nümunələri yaratmışdır.Tədbirdə iştirak edən Gəncə Aşıqlar Birliyinin rəhbəri Aşıq İlqar Aşıq Mirzə Bilalın məlahətli səsə, gözəl musiqi duyumuna, çalıb oxumaq məharətinə malik olan bir sənətkar olduğunu, el şənliklərində ilhamla oxumasını qeyd etdi və aşığın yazdığı şeirlərdən parçalar sazla ifa etdi. Tədbirdə iştirak edən Uşaq Yaradıcılıq Birliyinin şagirdi Nübar Vəliyeva aşığın "Gördüm" şerini söylədi.Tədbirimiz Aşıq İlqarın ifasında, Aşıq  Bilalın  Aşıq Ələsgərin Şamaxıya dəvət etdiyi " Şamaxıya bizim yana gəlginən" şeri ilə sona çatdı.Tədbirdə iştirak edənlər bu səpgidə tədbirlərin keçirilməsindən məmnun olduqlarını bildirdilər.

 

112.4 KB

 

90.5 KB

 

95.5 KB