Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Şirvan aşıq məktəbinin yaradıcısı” adlı ədəbi-bədii gecə keçirilib

15.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 14.03.2022-ci il tarixində onlayn formatda  Aşıq, şair Mikayılov Bilal Mustafa oğlunun  anadan olmasının 150 illiyi münasibətilə  “Şirvan aşıq məktəbinin yaradıcısı” adlı ədəbi-bədii gecə keçirdi. 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri açıq elan etdi.  Tədbirdə  Vətən müharibəsi şəhidlərinin  ruhları bir dəqiqəlik sükutla yad edildi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “Azərbaycan aşıq şənətinin tarixi siması”, Kəlbəcər rayon 109 saylı orta məktəbin direktor müavini Şikar Baxışov “Beytüş-səfa musiqi-şeir məclisinin Aşıq Bilalın həyatında rolu”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimələrindən Züleyxa Mirzəyeva “Aşıq Bilalın həyat və yaradıcılığı”, Nigar Rzayeva “Azərbaycan ədəbiyyatında aşıq sənəti”, Mərquşə İbrahimova “Aşıq sənəti bu gün”, təqaüdçü Azərbaycan dili-ədəbiyyat müəlliməsi  Validə Hüseynova “Aşıq Bilalın 37-ci il represiya qurbanı olması”, Azərbaycan  yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Aşıq Bilalın yaradıcılığında Vətən sevgisi”,  MKS-nin 9 saylı filialının müdir əvəzi Nərgiz Məmmədova “Aşıq Bilalın Azərbaycan Xalq Cümhuriyyəti dövrü” adlı mövzularla çıxışlar etdilər. Kəlbəcər rayon 109 saylı orta məktəbin şagirdlərindən Mina Abbasova, Şəbnəm Novruzova  Aşıq Bilalın şeirlərini, Əhliyyət Məmmədov isə sazda çalaraq mahnılar ifa etdilər.  Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin VIIIç  sinif şagirdlərindən Günay Cahanova,Elgün Cahanov, Nuray Məmmədova, Şəhanə Bayramova, Əminə Əlizadə Aşıq Bilalın şeirlərini və qoşmalarını söylədilər, Kənan İsmayılov isə sazda ifa etdi, Qəşəmli Mehri,  IV sinif şagirdlərindən Fidan, İnci Qəşəmlilər, 44 saylı orta məktəbin şagirdləri Nuran, Nuray Qəşəmlilər, 1 saylı orta məktəbim şagirdi Gülçin Qəşəmli, Mehran Qəşəmli , Gəncə şəhər 26 saylı orta məktəbin III sinif şagirdi Nuray Məmmədova  “Şirvan aşıq məktəbinin yaradıçısı Aşıq Bilal”adlı təqdimat və şeirlər ilə çıxışlar etdilər.Sonda  “Şirvan aşıq məktəbinin yaradıçısı ”adlı video çarx nümayiş edildi.

 

112.9 KB

 

106.7 KB

 

69.8 KB