Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağın döyünən ürəyi ” adlı söhbət keçirilib

14.03.2022

Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 14.03.2022-ci il tarixdə  2022-ci ilin Azərbaycanda  "Şuşa ili " elan edilməsi ilə əlaqədar "Qarabağın döyünən ürəyi " adlı söhbət keçirildi. Əvvəlcə vətənimizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbiri açan filialın böyük kitabxanaçısı Nahidə Əliyeva qeyd etdi ki ,  Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi, mədəni işində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə , Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həll edici üstünlüyə nail olundu. Bu Vətən müharibəsində qələbə deməkdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. 

 

130.9 KB

 

159.8 KB

 

165.9 KB