Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Qarabağın döyünən ürəyi” adlı dəyirmi masa keçirilmişdir.

14.03.2022

14.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Ziyadlı kənd Sənətkarlıq evində "Şuşa Qarabağın döyünən ürəyi" adlı dəyirmi masa keçirilmişdir. Samux rayon MKS-nin Ziyadlı kənd kitabxana filialı işçiləri Məmmədova Laləzar Quliyeva Aygün iştirak etmişdir. Tədbiri giriş sözü ilə Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyeva açaraq bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Sonra söz MKS-nin Ziyadlı kənd kitabxana işçisi Quliyeva Aygünə verildi. O, çıxış edərək qeyd etdi ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrini bərpasına başlanılmışdır. Sonda söz bədii qiraət dərnəyinin üzvülərinə verildi. Ülvi Zeynallı Şuşanın azad olunmasına həsr edilmiş "Şuşa" şeirini söylədi. Məmmədova Səma, Hüseynov Eldəniz və Qafarzadə Cəlal "Salam, Şuşam" adlı şeir misralarını söylədilər. Tədbir iştirakçıları respublikamıza əbədi sülh, əmin-amanlıq, davamlı inkişaf və tərəqqi arzulamışdır.

 

88.9 KB

 

70 KB

 

78.9 KB