Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Unutmadığımız qəhrəman obrazlarının müəllifi” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir.

14.03.2022

Martın 12- də   Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsi  Gəncə  şəhər  Mərkəzi  kitabxananın  Oxu  zalı  ilə birlikdə   Azərbaycanıın tanınmış yazıçısı Əlfi Qasımovun  anım günü münasibətilə  Zoom  proqramı vasitəsilə  “ Unutmadığımız  qəhrəman obrazlarının müəllifi” adlı  onlayn ədəbi-bədii  gecə  keçirilmişdir.

 Tədbirdə  Azərbaycan  Yazıçılar  Birliyi  Gəncə  bölməsinin sədri , şair-dramaturq  Xəzangül  Hüseynova, Sair Aləmzar Əlizadə,  Əlfi Qasımovun  bacısı Etibar  Qasımova,  qızı  Gülnar Verdiyeva, qardaşının həyat yoldaşı Fərqanə Qasımova , qardaşı gəlini  Lamiyə Qasımova, Cənubi Azərbaycandan  Körpü  jurnalının  redaktoru, şair  Səxavət  İzzəti, Cənubi Azərbaycandan şair tənqidçi  Məhəmməd  Çalqın,  və  kitabxananın  onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.

 Onlayn konftansı giriş sözü ilə  Azərbaycan  Yazıçılar  Birliyi Gəncə bölməsinin sədri şair-dramaturq  Xəzangül  Hüseynova tədbiri açaraq  tədbir iştirakçılarını salamladı və Əlfi Qasımovun yaradıcılığından ətraflı danışdı.Sonra  Gəncə  şəhər Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin   direktor əvəzı Fəridə Qədimova cıxış edərək Ə.Qasımovun məhşur romanlarından və onların insan həyatındaki rolundan bəhs etdi.Mərkəzi  kitabxananın  Oxu  zalı nın kitabxanaçısı Tərifə Abbasova öz növbəsində  qeyd etdi ki,, Ə.Qasımovun “Məni qınamayın” povest və hekayələr kitabı, “Adilənin taleyi” və “Qızburunda tək məzar” əsərləri ona daha çox populyarlıq gətirmişdir.

Sonda Azərbaycan  Yazıçılar  Birliyi Gəncə bölməsinin sədri , şairə-dramaturq  Xəzangül  Hüseynova və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin  direktoru  Fəridə Qədimova tədbirin rəngarəngliyini qeyd edərək Əlfi Qasımovun  bacısı Etibar Qasımova. Qızı  Gülnar Verdiyevaya  tədbirdə iştirakını və qonaq qismində tədbirdə yer alan  Cənubi Azərbaycan  şairlərininin  iştirakını tədqirəlayiq hal kimi qiymətləndirərək bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir. İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğulayıblar.  Tədbirdə yazıçının ömrünün  müxtəlif anlarını əks etdirən foto görüntü  nümayiş etdirilmişdir.

Sonda yazıçının qızı  Gülnar Verdiyeva tədbiri ərsəyə gətirənlərə,  Azərbaycan  Yazıçılar  Birliyi Gəncə bölməsinin sədri Xəzangül  Hüseynovaya kitabxananın əməkdaşı Tərifə Abbasovaya  atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə  təşəkkür etmiş, yazıçı ilə bağlı xatirələrini danışmışdır.

 

44.6 KB

 

2 MB

 

1.6 MB