12.03.2022
11mart 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Uşaq Ailə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Hüquqlarımızı qoruyaq" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri, Mərkəzi Kitabxananın xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açaraq insan hüquqları barəsində ümumi məlumat verdi. Uşaq və Ailələrə Dəstək Mərkəzinin Sosial pedaqoqu Südabə Həsənova cəmiyyətdə haqsızlığa məruz qalan uşaqların hüquqlarının müdafiəsindən bəhs etdi. Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova cəmiyyətin aktual mövzusu olan qadınların hüquq və azadlıqlarının müdafiəsindən danışdı. Sonda Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova "İnsan hüquqları" kitabının təqdimatını etdi.