Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər ömrü dünya qədərdir” adlı söhbət keçirilib

12.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 11.03.2022 - ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ll Qarabağ müharibəsinin şəhidi  Elvin Mustafayev Fəxrəddin oğlunun anadan olmasının 30 illiyi ilə əlaqədar "Şəhidlər ömrü dünya qədərdir" adlı söhbət keçirdi.Tədbiri kitabxanaçı Vüsalə Mustafayeva aparırdı.Kitabxanaçı qeyd etdi ki,Elvin Mustafayev 1992-ci il martın 14 -də Gəncə şəhərində anadan olub.
Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi döyüşlərində savaşıb,Murovdağ döyüşləri zamanı şəhid olub.
Kitabxanaçı söhbət əsnasında bildirdi ki,
Elvin Mustafayev müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub və Vətən müharibəsinin ilk günlərində itkin düşüb,nəşinin tapılması haqqında iyunun 3 də məlumat açıqlanıb.Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.Ailəlidir,3 övladı var.
Döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevin 24.06.2021 - ci il tarixli sərəncamına əsasən Elvin Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tədbirin sonunda kitabxanaçı tədbiri  Allah şəhidlərimizə rəhmət etsin,Vətən sağ olsun! sözləri ilə sonlandırdı.
Tədbiri keçirməkdə məqsəd oxucularda vətənpərvərlik duyğularını aşılamaq və vətənimizin şəhid oğullarını tanıtmaq, qəhrəmanlarımızı  unutmamaqdır.

 

76.4 KB