Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab xülasəsi keçirilib

11.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi şəhər Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Azərbaycan Respublikasında 2022-ci il “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq 11.03.22- ci il tarixində 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseydə Azərbaycan uşaq yazıçılarının Qarabağ mövzusunda yazılmış əsərlərinin təbliği məqsədi ilə Qəşəm İsabəylinin “Leyləyin intiqamı”, Gülzar İbrahimovanın “Evin kişisi”, Sevinc Nuruqızının “Agca və Cubbulu”, Reyhan Yusifqızının “Qar”, “Təranənin arzusu” hekayələrindən kitab xülasəsi keçirtdi. Tədbiri şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva apararaq ilk növbədə məktəblilərə I və II Qarabağ müharibəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, düşmənin torpaqlarımıza qarşı olan torpaq iddiası nəticəsində Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində erməni millətçiləri tərəfindən öz tarixi torpaqlarından qovulmuş, didərgin salınmışlar və torpaqlarımız 30 il müddətində düşmən işğalı altında qalmışdır. 2020-ci ildə isə vətənimizin qəhrəman oğulları haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrundan canlarını fəda verərək öz tarixi torpaqlarımızı düşməndən azad etdilər və şanlı bayrağımızı Qarabağda dalğalandırdılar. Azərbaycanın şair və yazıçıları bütün bu müddət  ərzində Qarabağ mövzusunda bir çox əsərlər yazıb yaratdılar. Sonra kitabları xülasə edərək hər bir hekayə haqqında ətraflı məlumat verdi. Maraqlı keçən tədbirdə uşaqların bütün sualları cavablandırıldı. Qeyd olundu ki, onlar  istədikləri zaman kitabları uşaq kitabxanasının fondundan əldə edə bilərlər. Sonda tədbirin təşkili üçün məktəbin təşkilat rəhbəri Aytəkin Nəzərovaya təşəkkür olundu.

 

143.2 KB

 

147.6 KB

 

150.7 KB