Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Biz qayıtdıq!” adlı intellektual yarış keçirilib

11.03.2022

10.03.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Heydər Əliyev Mərkəzi, Gənclər İnkişaf və Kariyera Mərkəzinin Samux nümayəndəliyinin, Samux rayon Təhsil Şöbəsi birgə təşkilatçılığı, "Şuşa İli"nə həsr edilmiş “Biz qayıtdıq!” adlı intellektual yarış keçirilib.

Samux rayonu üzrə 23 məktəbin qatıldığı intellektual yarış 3 mərhələdən ibarət oldu. Yarışın nəticəsinə görə 1-ci yerə Samux rayon Qarayeri qəsəbə 2 saylı tam orta məktəb, 2-ci yerə Samux şəhər 3 saylı tam orta məktəb, 3-cü yerə isə Samux şəhər 1 saylı məktəb lisey layiq görüldü.

Yekunda yer tutan komandalar diplom və medallarla təltif edildi.

Yer tutan məktəblərin şagirdlərini təbrik edir, onlara gələcək yarışlarda və fəaliyyətlərdə uğurlar arzulayırıq.

 

66.7 KB

 

61.1 KB

 

39.6 KB