11.03.2022
11.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Dostluq haqqında “Biz dostuq” adlı sual - cavab keçirdi.
Tədbir M.Ə.Sabir adına tam orta məktəbin 4b sinifi ilə birgə keçirildi.
Dostluq müqəddəsdir. Dostluq yalnız bağlılıq deyil, etibar və səmimiyyətə əsaslanan yaxın münasibətdir. Dost olmaq böyük xoşbəxtlikdir. Kimin çox dostu varsa o, həyatda daha inamlı olur. Adətən, çox dostu olan şəxsi qol-budaqlı ağaca bənzədirlər. Dostluğu tərənnüm edən çoxlu kitablar var. Dostluqla bağlı bədii əsərlərdən olan S.S.Axundovun “Qaraca qız” hekayəsi daha təsirlidir. Qaraca qız az yaşlı olmağına bsxmayaraq onun üçün dostluq hər şeydən əzizdir. Bu hekayə dost yolunda fədakarlıq nümunəsidir. Əsl dost çətin gündə tanınır. Sonda uşaqlar “Dostluq nədir”, ”Əsl dost necə olmalıdır?”, Bir- neçə dost ola bilərmi?” və s. kimi sualları cavablandırdılar.