Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidlər Ölməz” adlı dəyirmi masa keçirilib

11.03.2022

11.03.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycanın Milli Qəhrəmanı Mansurov Bəhruz Qəhrəman oğlunun anadan olmasının 47 illik yubileyi ilə bağlı " Şəhidlər Ölməz" adlı dəyirmi masa keçirildi.

Tədbirdə MKS- nin rəhbərliyi və MİHİ-nin Samux rayon Komitəsinin sədri Maviyə Hüseynova da iştirak etdilər.
Tədbirdə ilk sözü Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açaraq tədbir iştirakçılarını salamladı və Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. O, qeyd etdi ki, Şəhidlik ən müqəddəs zirvələrdən biridir. Bu gün Milli Qəhrəmanlarımızın gənc nəslə örnək olaraq geniş təbliğ olunması aktual bir mövzudur. Elə bunları nəzərə alaraq hərbi-vətənpərvərlik​ işinin təbliğini aparmaq, gənc nəsillərə Milli Qəhrəmanlarımızı tanıtmaq, onlar haqqında məlumatlar vermək bizim mənəvi borcumuzdur.
Sonra söz MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Nəsibova Telliyə verildi. O, da öz növbəsində qeyd etdi ki, Azərbaycan xalqı tarixini yaradan şəxsiyyətlərə, Vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla haqlı olaraq həmişə öyünmüşdür. Bu gün Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız Vətənin müdafiəsinə qalxmışdır. Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazdı. Qəhrəmanlar heç vaxt unudulmur. Dövlətimiz və xalqımız ana vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır. Onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Son dövrlərin Qarabağ savaşı bir daha göstərdi ki, Müstəqil Azərbaycan doğurdan da Qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.
Daha sonra Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı, Bədii qiraət dərnəyinin rəhbəri Verdiyeva Afərimin dərnək üzvləri Milli Qəhrəmanlar haqqında şeirlər səsləndirdilər və onlara tədbirlərdə fəal iştirak etdiklərinə görə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edəm Məmişov Arif tərəfindən Fəxri fərmanla təltif olundular.

 

136.7 KB

 

89.7 KB

 

123.1 KB