11.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 11.03.2022-ci il tarixində kitabxanada II-ci Qarabağ müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun anadan olmasının 30 illiyi ilə əlaqədar ”Vətən Sizə oğul dedi” adlı xatirə gecəsi keçirdi.
Şəhidin bacısı Nahidə Məhərrəmovanın , Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyevanın və VIIIç sinif şagirdlərinın iştirakı ilə birlikdə keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi.
19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək bildirdi ki, Azərbaycan Ordusunun əsgəri olan Elvin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elvin Mustafayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.Şəhid Elvin Mustafayevin bacısı Nahidə Məhərrəmova qardaşının həyat və döyüş yolundan danışdı.O, qeyd etdi ki, Elvin Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. Elvin Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub. Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva Elvin Mustafayev Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyindən danışdı. Tədbirdə İşrirakşılardan Əlizadə Əminə, Vəlıyeva Nurcan, Vəliyeva Gülcan, Bayramova Şəhanə, Əliyeva İlahə, Cahanova Günay, İsmayılov Kənan, Həsənov Ramal, Cahanov Elgün şəhidlər haqqında təqdimatlar ,şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.