Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

10 Mart Milli Teatr gününə həsr olunmuş sərgi keçirilib

10.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında 10 Mart Milli Teatr gününə həsr olunmuş sərgi təşkil edildi.

            Tədbirin təşkilatçısı oxu zalının kitabxanaçısı Mina Məmmədova sərgi önündə Milli Teatr günü ilə bağlı geniş çıxış etdi: “10 mart ölkəmizdə milli teatr günüdür. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoyub. böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoyub…”

            Daha sonra oxu zalının müdiri Aidə Abdullayeva çıxış edərək  və sərgilənən kitablarla bağlı iştirakçılara qısa məlumat verdi.

            Tədbirin sonunda ştirakçılar sərgi ilə yaxından tanış oldular.

 

103.9 KB

 

122.6 KB

 

109.3 KB