10.03.2022
09 mart 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalı kənd kitabxana filialı 2022-ci il “Şuşa ili”elan olunması ilə əlaqədar olaraq “Şuşa-Qarabağın döyünən ürəyi” mövzusunda onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Almalı kənd kitabxana filialının müdri Zenfira Nəcəfova açaraq, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir.
Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidə olmasından danışdı.
Tədbirdə Gəncə şəhər Marif evi İctimai Birliyinin həmtəhsisçisi İmamverdi Vəliyev,Göygöl rayon Köşkü kənd məktəbinin direktoru Eldəniz Səttərov,Kəlbəcər rayon 11 saylı tam orta məktəbin tarix müəllimi Samirə Cabbarova,MKS-in direktoru Sadiqə Quliyeva çıxış edərək bildirdilər ki, Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi bir abidə olmasından danışdılar.Tədbirin sonunda 11 saylı tam orta məktəbin şagirdləri Şuşa şəhərinə aid şerlər söylədilər.