09.03.2022
09.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə Samux rayon Qarayeri qəsəbə şəhidi Babək Cəfərov Məxsus oğlunun il dönümü ilə bağlı videokonfrans keçirildi.
Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı.O,ilk öncə tədbir iştirakçılarını salamladı və Babək Cəfərovun həyatı haqqında geniş məlumat verdi.
Azərbaycan Ordusunun əsgəri olan Babək Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Cəfərov oktyabrın 26-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi - Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə baş məsləhətçisi Əliyev Süleymana verildi.O, da öz çıxışında Babək Cəfərovun qorxmazlığından, mərdliyindən söz açdı. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Babək Cəfərov 2021-ci il martın 8-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub.
Daha sonra söz Füzuli kənd Mədəniyyət evinin müdiri Əsgərov Qiyasa verildi.O,da öz çıxışında Babək Cəfərov haqqında geniş məruzə ilə çıxış etdi və qeyd etdi ki, biz onların haqqını heç zaman ödəyə bilmərik.Allah bütün şəhidlərimizə rəhmət eləsin.Şəhidlər ölməz,Vətən bölünməz!.