09.03.2022
08.03.2022-ci il tarixində Lək kənd kitabxana filialı vəLək kənd Sənətkarlıq evinin kollektivi"8 Mart Qadınlar Bayramı Günü" münasibətilə II Qarabağ müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun anası Həmzəyeva Diləfrüz anayla görüş keçirildi. İlk öncə Torpaqlarımızın bütövlüyü uğrundan canından keçən Şəhidlərimizin əziz xatirəsi anıldı.Tədbiri giriş sözü ilə Lək kənd kitabxana filialının müdiri İsmayılova Sevinc açaraq bütün şəhid analarına Vətənimiz üçün belə layiqli övladlar yetişdirdiklərinə görə yüksək hörmət və ehtiramını ifadə etdi. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdı. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Sonda 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıran, ədaləti bərqərar edən ölməz Vətən oğulları yetişdirdiklərinə görə hər bir şəhid analarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik etdilər.Onların hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olduqlarını bildirdilər.