29.03.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Naftalan şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti cəna İlham Əliyevin “1918-ci il azərbaycanlıların Soyqırımının 100 illiyi haqqında” 19 yanvar 2018-ci il tarixli müvafiq Sərəncamına əsasən tədbir keçirilmişdir.
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Naftalan şəhəri üzrə baş məsləhətçisi Zöhrab Adıgözəlov giriş sözü ilə çıxış etmişdir.
Soyqırım qurbanlarını n xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev, şəhər Uşaq Musiqi Məktəbinin direktoru Almaz Əliyeva və başqaları çıxış edərək bildirmişlər ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır.