Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yel”çərşənbəsinə həsr olunmuş şənlik keçirilb

08.03.2022

"Yel" çərşənbəsinə həsr olunmuş şənlik keçirilib

8 mart 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə "Yel" çərşənbəsinə həsr olunmuş bayram şənliyi keçirilib.

İlk öncə Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutka yad olunub.

Bayram şənliyinə dəvət olunmuş rəsmi qonaqlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov Gəncə Dövlət Rəsm Qalereyasının və Uşaq Rəssamlıq Məktəbinin Novruza həsr etdikləri rəsm və dekorativ tətbiqi sənət sərgiləri ilə tanış oldular.

Gəncə Dövlət Kukla Teatrı "Yel" çərşənbəsi şənliyində Novruzun personajları olan nəhəng kuklaları Bahar qız, Kosa və Keçəli, Kəlbəcər rayon "Zurnaçılar" və "Xalq Aşıqları" ansamblı, "Maral oyunu"nu Folklor kollektivi öz musiqi nömrələrini təqdim etdilər.

Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar (bədii rəhbər Söhrab İbrahimov) ansamblının çıxışından sonra Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın Xalq artisti Məmmədəli Balayev Dədə Qorqud obrazında öz təbriklərini söylədi.

Bayram şənliyinin aparıcısı Ədibə Hüseynova qonaqların, "Yel" çərşənbəsi və 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbriklərini bütün iştirakçılara çatdırdı.

Gəncə Dövlət Dram Teatrının aktyorları Kosa və Keçəlin maraqlı çıxışını maraqlı çıxışını təqdim etdilər.

Şənlikdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Gəncə qönçələri" ansamblı (bədii rəhbər Məsud Kərimov, xoreoqraf Xaliq Əliyev) çıxış etdi.

Məktəbin vokal sinfinin müəllimi Gülmira Həmzəyeva öz şagirdləri ilə birlikdə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından səhnələri təqdim etdilər.

İncəsənət Məktəbinin səs-muğam sinfinin müəllimləri Zaur Dadaşov, Cəvahir İsmayılova, Ədibə Hüseynova Əlibaba Məmmədovun "Azərbaycan" mahnısını ifa etdilər.

Sonra Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk çərşənbə tonqalını alovlandırdılar.

Bayram şənliyinə dəvət almış Əməkdat Mədəniyyət İşçisi, şair-publisist Bəxtiyar Muradov tonqal ətrafında çıxış edərək xalqımıza öz arzularını bildirdi.

Tədbir çərşənbə tonqalı ətrafında, birlik rəmzimiz olan "Yallı" rəqsi ilə başa çatdı.